Maşın yoldan çıxıb aşdı - 10 yaşlı qız ÖLDÜ

 10:04 29.04.2026     325

Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb.

1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən