Göygöldə ağır qəza olub - Xəsarət alanlar var

 19:11 02.05.2026     476

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun Göygöl rayonundan keçən hissəsində olub.

İlkin məlumata görə, iki maşının toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə, 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən