Toyda iki qardaşı BIÇAQLADILAR

 21:09 02.05.2026     437

Göygöldə toyda iki qardaş bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır. /APA

Vumart və Güvən reklamı Vumart Güvən