Sumqayıtda avtomobil yolu ÇÖKDÜ

 17:24 05.05.2026     366

Sumqayıt şəhərinin Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrli iri oyuq yaranıb.

Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən