Sarayda avtomobildə partlayış oldu - Xəsarət alan var

 12:17 07.05.2026     304

Abşeron rayonu, Saray qəsəbəsində avtomobildə partlayış olub.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, "CHEVROLET COBALT" markalı minik avtomobilində ani partlayış baş verib.

Yanğın hadisəsi qeydə alınmayıb. Avtomobilin sürücüsü xəsarət alıb.

Vumart və Güvən reklamı Vumart Güvən