Şəmkirdə su xəttində qəza oldu, ətrafı su basdı - FOTO

 16:47 07.05.2026     307

Şəmkirdə su xəttində qəza baş verib, ətrafı su basıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Yeniabad kəndində Şəmkir nasos stansiyası ərazisində qeydə alınıb. Hidrotəzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub.

Nəticədə su stansiyanın həyətənə dolub. Əraziyə FHN əməkdaşları cəlb edilib. Stansiyaya dolan suyun çəkilməsi istiqamətində tədbirlər görülür (APA).

222222222
Vumart və Güvən reklamı Vumart Güvən