Avtomobil 1-ci sinif şagirdini vurub ÖLDÜRDÜ

 10:56 08.05.2026     832

Yevlaxda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, V. Mustafayev idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub.

Orta məktəbin 1-ci sinif şagirdi olan Misirxan aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən