Tərtərdə azyaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ÖLÜB
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, 2024-cü il təvəllüdlü M.A. yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən körpə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.













