Gəncədə qadın körpüdən çaya YIXILDI

 10:17 12.05.2026     264

Gəncədə körpüdən çaya yıxılan qadın xilas edilib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə mayın 11-i saat 17 radələrində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Şəbnəm Rzayeva şəhər ərazisindəki körpüdən çaya düşüb.

Yaxınlıqdakı şəxslərin köməyi ilə xilas edilən qadın xəstəxanaya yerləşdirilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ş.Rzayevanın vəziyyəti orta-ağırdır.

Araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən