14 yaşlı oğlanı maşınla vurub ÖLDÜRDÜ

 10:13 15.05.2026     643

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi “VAZ 2107” ilə 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.

Ağır xəsarətlər alan məktəbli hadisə yerində həyatını itirib.

Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz evdə təhsil alırmış.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən