Sumqayıtda mənzildə yanğın OLDU

 11:05 16.05.2026     325

Sumqayıtda mənzildə yanğın hadisəsi qeydə alınıb.

Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə şəhərin 41A məhəlləsində yerləşən yaşayış binasında baş verib. Belə ki, binanın 5-ci mərtəbəsində yerləşən mənzillərdən birində yanğın olub.

Məlumat daxil olduqdan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub. Əraziyə həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.

Yanğın qısa müddətdə söndürülərək tam nəzarətə götürülüb. Operativ müdaxilə nəticəsində alovun digər mənzillərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən