Göyçayda 3 avtomobil toqquşdu - 2 ölü - FOTO - YENİLƏNİB

 17:13 27.05.2026     547

Göyçayda baş vermiş qəzada ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.

Redaktor.az xəbər verir ki, qəza zamanı 1970-ci il təvəllüdlü H. Salahov və 2016-cı il təvəllüdlü L. Feyzullayeva ölüblər.

1968-ci il təvəllüdlü İ. Əmrahov, 1964-cü il təvəllüdlü M. Əmirova, 1998-ci il təvəllüdlü A. Feyzullayeva və 2 yaşlı qız uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır (APA).

***

Göyçayda zəncirvari avtomobil qəzası baş verib.

Redaktor.az xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır (APA).

22
Vumart və Güvən reklamı Vumart Güvən