Bakıda şəhid atası gəlinini ÖLDÜRDÜ

 19:00 01.06.2026     308

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.

Redaktor.az xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb.

Adıgözəl Məmmədov saxlanılıb.

İlkin məlumata görə, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır (APA)

Vumart və Güvən reklamı Vumart Güvən