Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi

 09:32 04.06.2026     203

Sumqayıtda qətl törədilib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Kimyaçılar qəsəbə sakini 32 yaşlı Urfan Baxışov yaşadığı evin qarşısında bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin onun qonşusu tərəfindən törədildiyi bildirilir. Şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən