Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

 17:22 04.06.2026     346

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

***

Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən