Bakıda oğurluq edən gənc qadın saxlanıldı

 18:19 05.06.2026     389

Paytaxtın müxtəlif ərazilərində qeydə alınan oğurluq hadisələrinin üstü polis əməkdaşları tərəfindən açılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu rayonunda yerləşən obyektlərin birindən ümumi dəyəri 2300 manat olan 6 ədəd proyektor və noutbuk oğurlanıb. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı F.İdrisov müəyyən edilərək saxlanılıb.

Digər əməliyyat zamanı isə Yasamal rayonunda 2000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən 35 yaşlı L.Məmmədova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən