Bu rayonda kişini at belində ildırım VURDU

 18:21 06.06.2026     490

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir (APA).

Vumart və Güvən reklamı Vumart Güvən