Kanalda batan məktəbli tanınmış musiqiçinin övladı imiş - FOTO - YENİLƏNİB

 10:24 07.06.2026     1252

Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq həyatını itirib.

Redaktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb.

Aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

ANZ.az-ın məlumatına görə, Elmir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğludur.

Qeyd edilib ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir ötən gün itkin düşmüşdü.

***

Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib.

Belə ki, kənd ərazisində velosiped sürən 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu ehtiyatsızlıqdan su kanalına düşüb. Aparılan axtarış tədbirləri zamanı o tapılaraq sudan çıxarılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi  Elmir Qurbanovun itkin düşməsi barədə sosial şəbəkələrdə paylaşım edilmişdi. 

22
Vumart və Güvən reklamı Vumart Güvən