Qaxda 1 ton çətənə kolu məhv edildi

 13:34 08.06.2026     828

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Redaktor.az-a verilən xəbərə görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən