Goranboyda ağır qəza: 2 nəfər öldü, yaralılar var - FOTO - YENİLƏNİB

 15:37 08.06.2026     1166

Goranboyda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı və durumları açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-də saat 13:00-da Goranboy rayonunda baş verən avtoqəzada xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Onlara müvafiq olaraq sağ bazu sümüyünün yerdəyişmə ilə sınığı və başın alın-təpə nahiyəsinin genişsahəli kəsilmiş yarası, sol bud sümüyünün yerdəyişmə ilə sınığı diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir. Vəziyyətləri ağırdır.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".

***

Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir (Teleqraf).

22
Vumart və Güvən reklamı Vumart Güvən