Masallıda keçmiş məhkum 7 kq narkotiklə tutuldu

 15:21 09.06.2026     247

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Redaktor.az-ın verdiyi xəbərə görə tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən