Uzunqulaq 70 yaşlı kişini dişləyərək ÖLDÜRDÜ

 10:19 10.06.2026     299

Xaçmaz rayonunda uzunqulaq dişləyən 70 yaşlı kişi ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Yergüc kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Əsfəndiyarovun meyiti müayinə olunmaq üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə aparılıb.

Məlumata əsasən, M.Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan şəxsin bu gün vəfat etdiyi bildirilir (APA).

Vumart və Güvən reklamı Vumart Güvən