Göyçayda kütləvi dava - Saxlanılanlar var - VİDEO

 09:58 11.06.2026     473

Göyçayda kütləvi dava baş verib.

Redaktor.az metbuat.az-a istinadla xəbər verir ki, hadisə bu gün rayonun avtovağzalı yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, kütləvi dava zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü İbrahim Məmmədov ağır xəsarətlər alıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İnsidentə tərəflər arasında yol hərəkəti ilə bağlı yaranmış mübahisənin səbəb olduğu deyilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, xuliqanlıq əməli törədən şəxslər saxlanılıb. Araşdırmalar davam etdirilir.

Hadisənin görüntüsünü təqdim edirik:

Vumart və Güvən reklamı Vumart Güvən