Göygöl rayonunda iki azyaşlı suda boğuldu - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
Göygöl rayonunda 2 nəfər göldə batıb.
Redaktor.az xəbər verir ki, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib.
Hazırda axtarışlar davam etdirilir (APA).













