Bir gündə 7 avtomat, 2 tapança və 979 patron aşkarlandı - DİN-dən əməliyyat

 11:21 12.06.2026     225

İyunun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 tapança, 1 qumbaraatan, 5 tüfəng, 28 patron darağı və 979 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən