Xırdalandakı DOST Mərkəzində yanğın olub? - YENİLƏNİB
Hadisə ilə bağlı DOST Mərkəzinin mətbuat katibi Şahin Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
Redaktor.az xəbər verir ki, o, bildirib ki, Abşeron DOST Mərkəzində yanğın olması ilə bağlı məlumat həqiqətə uyğun deyil:
“Mərkəzin yaxınlığında sakinlərin tullantılar atdığı yerdə kiçik yanğın olub və yanğınsöndürənlər tərəfindən qısa müddət ərzində söndürülüb. Yanğın zamanı DOST mərkəzinə heç bir ziyan dəyməyib. Xahiş edirik, dəqiqləşdirilməmiş məlumatlar yaymayasınız”.
***
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində yanğın baş verdiyi ilə bağlı video paylaşılıb.
Redaktor.az məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində baş vermiş yanğın, DOST Mərkəzində deyil, binanın yaxınlığında məişət tullantıları yığılan sahədə baş verib və dərhal söndürülüb.














