Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi həbs OLUNDU

 23:41 12.06.2026     314

“TikTok”da qeyri-etik informasiyalar yayan kişi saxlanılıb.

Redaktor.az xəbər verir ki, Səfayıl Əliyev Ağdamda polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib.

Vumart və Güvən reklamı Vumart Güvən