Ağdamdakı yanğın söndürüldü - FOTO - YENİLƏNİB
Ağdam rayonunun Qaradağlı kəndində mağazaya düşən ildırım nəticəsində baş verən yanğın söndürülüb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, yanğın Qaradağlı kənd sakini Fikrət Soltan oğlu İbadova məxsus mağazada qeydə alınıb.
***
Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Belə ki, ildırım kənd sakini Fikrət İbadova məxsus mağazaya düşüb və yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Yanğının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür (Qafqazinfo).



















