Başı stadionun dəmirləri arasında qaldı - Xilas anının VİDEOSU

 09:50 15.06.2026     303

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2015-ci il təvəllüdlü uşağın başının stadionun dəmir barmaqlıqları arasında sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək E.Gülməmmədovu xilas ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən