Gəncədə iki avtomobil toqquşdu - 4 yaralı

 22:07 15.06.2026     425

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Q.Mehdiyev, 1977-ci il təvəllüdlü A.Bədirov, 1985-ci il təvəllüdlü R.Cəfərov və 2016-cı il təvəllüdlü Q.Mehdiyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən