Yaşadığı evin zirzəmisində yanaraq ÖLDÜ

 09:17 16.06.2026     324

Ağstafada yanğın olub.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində 1975-ci il təvəllüdlü Elman Əliyevin yaşadığı ünvanın zirzəmisində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra evin zirzəmisindən E.Əliyevin yanmış meyiti aşkar edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən