Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanıldı

 18:00 16.06.2026     215

Paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Redaktor.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.İmanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən