Tovuzda faciəvi şəkildə ölən gəncin meyiti TAPILDI - FOTO

 09:08 17.06.2026     352

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb.

Redaktor.az-ın məlumatına görə, bu gün səhər saatlarında 2004-cü il təvəllüdü İ. Şirinovun meyiti batdığı yerdən bir qədər kənardan FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.

Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Tovuz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən 22 yaşlı gəncin Tovuzda çayda batması ilə bağlı xəbər yayılmışdı (APA).

2222
Vumart və Güvən reklamı Vumart Güvən