Əhmədlidə açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

 14:48 17.06.2026     307

Açıq sahədə baş verən yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin operativ fəaliyyəti sayəsində alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib.

***

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən