Füzulidə yeniyetmə su kanalında boğulub

 14:37 20.06.2026     299

Füzuli rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğulub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün Qayıdış-9 qəsəbəsində baş verib.

Qəsəbə sakini 2011-ci il təvəllüdlü F.Hüseynov qəsəbənin ərazisindəki su kanalında çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən