Yevlax sakini kanalda BATDI

 15:51 20.06.2026     246

Yevlax rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Qarabağ kanalının Malbinəsi kəndindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Nadirov Mahir Oruc oğlu kanalda batıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.

Hazırda nazirliyin axtarış-xilasetmə qrupu tərəfindən gəncin tapılması istiqamətində axtarış işləri aparılır.

Faktla bağlı araşdırma davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən