Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı

 09:33 21.06.2026     469

Gəncədə evdən meyit tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Novruzovun yaşadığı evdə meyit aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Ə.Novruzov 11-ci sinfi bu il bitirib.

Yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən