Mingəçevirdə kişi tanışını döyərək öldürüb

 09:25 22.06.2026     273

Mingəçevirdə 51 yaşlı kişi tanışını döyərək öldürüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Mingəçevirdə kafelərdən birinin qarşısında baş verib.

Belə ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.

R. Məmmədov polis əməkdaşkarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən