Qazi bıçaqlandı - Həmyerlisi şübhəlidir

 23:24 24.06.2026     368

Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, rayon sakini, Vətən müharibəsi qazisi Sadiq Abbaslı bıçaqlanıb.

İlkin məlumata görə, hadisəni onun həmyerlisi törədib. Bıçaqlanmaya səbəb onlar arasında baş verən mübahisə olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qaziyə ilkin tibbi yardım göstərilib. Daha sonra onun müalicəsinin davam etdirilməsi üçün Bərdə Müalicə-Diaqnostika Mərkəzinə göndərildiyi bildirilir.

Əməli törətməkdə şübhəli bilinən Elzamin Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən