Cinayətdə şübhəli bilinən 74 nəfər saxlanıldı

 10:47 25.06.2026     271

İyunun 24-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 209, o cümlədən borclu şəxs qismində axtarışda olan 165 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən