İtkin kimi axtarılırdı, meyiti göldə TAPILDI

 13:51 27.06.2026     408

Şabran rayonunda göldən meyit tapılıb.

Redaktor.az xəbər verir ki, iyunun 25-i saat 15 radələrində rayonun Hacıqaraqaşlı kəndinin ərazisindəki göldə kişi meyiti tapılıb.

Ölən şəxsin Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyev olması müəyyən edilib.

Hadisədən əvvəl onun ailəsi polisə müraciət edərək K.Mirzəyevin itkin düşməsi barədə məlumat verib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən