Tovuzda maşın aşdı: Ölən və yaralananlar var
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır (APA).













