Bakıda təhlükəli hərəkətlər edən motosiklet sürücüsü saxlanıldı - YENİLƏNİB

 17:45 28.06.2026     491

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Amin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 511-ci (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Redaktor.az xəbər verir ki, qərara əsasən Amin 500 manat cərimələnib, əlavə olaraq 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüquqdan məhrum edilib.

***

Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər DYPİ-dən Redaktor.az-a bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.

Vumart və Güvən reklamı Vumart Güvən