Bakıda nazirliyin binası qarşısında bıçaqlanma: Saxlanılan var
Bakıda nazirliyin binası qarşısında 37 yaşlı kişini bıçaqlayan şəxs müəyyənləşdirilib.
Redaktor.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı R.Şeydayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir (oxu.az).













