Şamaxının dağ kəndlərinə gedən yol bağlandı - VİDEO

 23:40 28.06.2026     321

Yağan güclü yağış və ardınca gələn sel nəticəsində Ağsuçayda sululuq artıb. Nəticədə Şamaxının dağ kəndlərindən olan Qaleybuğurd, Qaladərəsi və Keşmədin kəndlərinə gedən avtomobil yolu tamamilə dağılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı videomaterialdada deyilir.

Belə ki, sürücülər müəyyən istiqamətdə hərəkət edə bilmir və yol bağlı hesab edilir.

Sakinlər bildirirlər ki, baş verən vəziyyət onlar üçün çətinlik yaradıb və maşınların bir çoxu rayon mərkəzinə gedə bilmir.

Hətta kəndlərə gələn turistlər də oranı tərk etməkdə çətinliklə üzləşirlər.

 

Vumart və Güvən reklamı Vumart Güvən