"Azərişıq" ASC-nin əməkdaşını cərəyan vurub ÖLDÜRDÜ
Ağcabədidə “Azərişığ”ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb.
Belə ki, rayonun 2002-ci il təvəllüdlü Aşağı Avşar kənd sakini Vəli Əli oğlu Süleymanov qəsəbədə elektrik işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə 24 yaşlı əməkdaş hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.













