Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı - FOTO

 17:21 29.06.2026     238

MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dünən saat 19 radələrində Şıx çimərliyində baş verib.

Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb.

Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən