Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

 10:39 30.06.2026     233

İyunun 29-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 205, o cümlədən borclu şəxs qismində axtarışda olan 178 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən