Göyçayda avtomobil su kanalına düşdü - Sürücü tapıldı - VİDEO - YENİLƏNİB
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.
Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, bu gün saat 10 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub.
Daha sonra avtomobil su kanalına düşüb. Hazırda maşının kanaldan çıxarılması istiqamətində tədbirlər görülür (APA).
ə məlumat veriləcək.














