Lerikdə 5 ton narkotik bitki məhv edildi

 11:22 01.07.2026     373

Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib.

Redaktor.az DİN-ə istinadən xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 5200 kiloqram olan 18700 ədəd xaş-xaş kolu məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən